Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriyada atəşkəs pozuldu
dünya

Suriyada atəşkəs pozuldu

19-01-2026 15:00 17 Baxış
IMG

Suriyada PKK/SDG-yə mənsub terrorçular atəşkəs razılaşmasını pozaraq Əbu Haşab bölgəsində nəqliyyat vasitələrini hədəf alıblar.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Suriya ordusunun açıqlamasında deyilir:
“PKK/SDG terror ünsürü daxilindəki bəzi terrorçu qruplar və rejim qalıqları qüvvələrimizi hədəfə almaqla razılaşmanın icrasını sabotaj etməyə çalışırlar".

Cəzirə bölgəsində yerləşən qüvvələrə qarşı həyata keçirilən iki hücum nəticəsində 3 şəhid olduğu bildirilib.

 

Aysel Şirinova