Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Qarabağ” və “Dinamo”nun start heyətləri
idman

“Qarabağ” və “Dinamo”nun start heyətləri

13-08-2026 19:00 19 Baxış
IMG

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək Azərbaycanın “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.

"Tvit.az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges;

Baş məşqçi: Qurban Qurbanov.

“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;

Baş məşqçi: İqor Kostyuk.

Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilmiş ilk oyunda “Qarabağ” “Dinamo”ya 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.