Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Tvit.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
*** 18:42
Mingəçevirdə Gədəbəy sakini su anbarında boğulub.
"Tvit.az" xəbər verir ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.
Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.