İngiltərə və Uelsdə məhkəmə binalarına Meta-nın foto və video çəkə bilən ağıllı eynəklərinin gətirilməsi qadağan edilib.
Tvit.az xəbər verir ki, qərarın əsas səbəbi məhkəmələrdə icazəsiz çəkiliş və səs yazısı riskidir. Qaydaya əsasən, eynəklə məhkəməyə gələn şəxslərin cihazları girişdə götürüləcək və binanı tərk edərkən qaytarılacaq.
Smartfonlardan fərqli olaraq, eynəklərin söndürülməsi və ya çəkiliş funksiyasından istifadə edilməyəcəyinə dair vəd qadağanı aradan qaldırmır.
Aysel Şirinova