İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin Livan, Suriya və Qəzzada işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini bildirib.
Tvit.az xəbər verir ki, Katz İsrail qüvvələrinin bu ərazilərdə yaradılan “təhlükəsizlik zonaları”nda qeyri-müəyyən müddətə qalacağını deyib.
İsrail hazırda Livanın cənubu, Qəzza zolağının bir hissəsi və Suriyadakı bəzi strateji mövqelərdə hərbi mövcudluğunu davam etdirir.
Aysel Şirinova