Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini 29–30 avqustda Kopenhagendə keçiriləcək qeyri-rəsmi görüşdə müzakirə edəcəklər.
Tvit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta danışıb.
“Rusiyaya qarşı 19-cu sanksiya paketi ilə bağlı ətraflı müzakirə 29–30 avqustda Kopenhagendə keçiriləcək, burada növbəti "Gimnih" (Avropa İttifaqı xarici işlər nazirlərinin il ərzində iki dəfə keçirilən qeyri-rəsmi görüşləri formatı) keçiriləcək”, — deyə o, bildirib.
Onun sözlərinə görə Avropa Komisisyası Rusiyaya qarşı yeni sanksiya paketini sentyabr ayında qəbul etməyi ümid edir.
Aysel Şirinova