Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Tramp: ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi
sosial

Tramp: ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi

11-08-2025 21:00 22 Просмотров
IMG

ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi.

 

Tvit.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

 

“Münaqişə 37 il davam etdi. İki lider bildirdi ki, heç vaxt bu məsələnin həll oluna biləcəyini düşünməzdilər. Rusiya bu problemi həll etməyə çalışdı. Vəziyyət qəliz idi, lakin biz bunu bacardıq”, - o bildirib.

 

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.

 

Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.