Almaniya 13 avqustda Rusiya və ABŞ sammiti ərəfəsində Ukrayna ilə bağlı onlayn görüş təşkil edəcək.
Tvit.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
“Kansler Fridrix Mers çərşənbə günü, 13 avqustda, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin planlaşdırılan görüşü fonunda Ukraynadakı mövcud vəziyyətlə bağlı virtual danışıqlara dəvət edib. Danışıqlarda, digər məsələlərlə yanaşı, Rusiyaya təzyiqin artırılması üçün gələcək variantlar nəzərdən keçiriləcək”, – Kornelius bildirib.
Onun sözlərinə görə, həmçinin mümkün sülh danışıqlarına hazırlıq, eləcə də bununla bağlı ərazi iddiaları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Aysel Şirinova