Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İki rayonda təbiətə 18 min manatdan çox ziyan vuruldu
sosial

İki rayonda təbiətə 18 min manatdan çox ziyan vuruldu

08-08-2025 20:00 24 Просмотров
IMG

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

 

Bu barədə Tvit.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.


Qeyd olunub ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.