Qazaxıstan və Rusiya AES-in tikintisinə başlayıblar.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, “Rosatom”un baş direktoru Aleksey Lixaçev və Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satqaliyevın iştirakı ilə keçirilən mərasim respublikanın Almatı vilayətinin Ülken qəsəbəsi yaxınlığında baş tutub.
“Biz Qazaxıstanda AES yaradılması layihəsinin həyata keçirilməsi üzrə praktik işlərə başlayırıq”, – deyə dövlət korporasiyasının rəhbəri mərasimdə bildirib.
O, layihənin VVER-1200 reaktorunun tədarükünü nəzərdə tutduğunu xatırladıb.
“Biz burada, Qazaxıstanda beynəlxalq layihəni həyata keçirməyə hazırıq”, – deyə o əlavə edib.
Aysel Şirinova