Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.
Tvit.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Nazir Fidanın Misirə səfəri zamanı iki ölkənin çoxşaxəli əməkdaşlığının hər sahədə daha da inkişaf etdirilməsi istiqamətində konkret addımlarla yanaşı, ikitərəfli məsələlərin və regional hadisələrin müzakirə olunacağı gözlənilir.
Elmin Alışov