Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putin Cənubi Afrika prezidenti ilə telefonla danışıb
dünya

Putin Cənubi Afrika prezidenti ilə telefonla danışıb

07-08-2025 21:00 14 Просмотров
IMG

Rusiya prezidenti Vladimir Putin cənubi afrikalı həmkarı Siril Ramafosa ilə telefonla danışıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, ABŞ liderinin nümayəndəsi Stiven Vitkoffla görüşün nəticələri barədə həmsöhbətinə məlumat verib. Ramafosa verdiyi məlumata görə Putinə təşəkkür edib.

"Putin bir gün əvvəl Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə söhbətin əsas nəticələrini bölüşdü", - Kremlin bəyanatında deyilir. 

Rusiya prezidenti Afrika ölkələrinin Ukraynanın nizamlanması təşəbbüsünü müsbət mənada qeyd edib.

“Rusiya tərəfi, həmçinin, Ukrayna böhranının həlli üçün Afrika dövlətlərinin, o cümlədən Cənubi Afrikanın tanınmış sülh təşəbbüsünü müsbət mənada qeyd edib”, - bəyanatda deyilir.