Google ABŞ-da universitet tələbələri üçün süni intellekt təhsili və tədqiqatını dəstəkləmək üçün 1 milyard dollar ayırdığını açıqladı.
Tvit.az xəbər verir ki, bu barədə Google-un ana şirkəti Alphabet-in CEO-su Sundar Pichai deyib.
Açıqlamada bu çərçivədə yaradılan proqram vasitəsilə ABŞ-da universitet tələbələrinə pulsuz süni intellekt və karyera təhsili veriləcəyi bildirilib və artıq 100-dən çox universitetin proqrama qatıldığı paylaşılıb.
Elmin Alışov