Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
sosial

Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq

06-08-2025 14:00 9 Просмотров
IMG

Növbəti tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur.

"Tvit.az" xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi rəsmi sosial media hesablarında məlumat yayıb.

"Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur", - məlumatda qeyd olunub.