Rusiyanın müxtəlif bölgələrdə orta və yaxın mənzilli raket sistemlərinin yerləşdirilməsi ilə bağlı artıq heç bir məhdudiyyəti yoxdur.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Rusiyanın artıq bu məsələ ilə bağlı heç bir məhdudiyyəti yoxdur. Bu baxımdan Rusiya lazım gəldikdə müvafiq tədbirlər və müvafiq addımlar atmaq hüququna malik olduğuna inanır”,- deyə Peskov qeyd edib.
Elmin Alışov