Ukraynada hərbi çevriliş baş verərsə, hadisələrin gələcək inkişafı gözlənilməz olacaq, xüsusən də ölkə prezidenti Vladimir Zelenskinin edam edilməsi mümkündür.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Əgər hərbi çevriliş Qərbdən ilhamlanıbsa, bəli. Bu halda vəziyyət ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər. Vladimir Zelenski asıla bilər", - qeyd edilib.
Daha əvvəl Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç Zelenskini Rusiyanın təklif etdiyi sülh şərtlərini qəbul etməyə çağırıb, çünki bu, Ukraynanın özünün maraqlarına uyğundur.
Aysel Şirinova