İranın cənubundakı Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən açıqlama verilib.
Zəlzələ 28 kilometr dərinlikdə baş verib və hələlik hər hansı insan itkisi ilə bağlı açıqlama verilməyib.
Elmin Alışov