Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya BMT Rusiyaya yardım təklifi etdi
dünya

BMT Rusiyaya yardım təklifi etdi

30-07-2025 21:00 41 Просмотров
IMG

BMT, lazım gələrsə, Kamçatkada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında Rusiyaya kömək etməyə hazırdır.

Tvit.az xəbər verir ki, bunu beynəlxalq təşkilat rəhbərinin müavini Fərhan Haq bildirib. 

"BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin əməkdaşlarımız bir sıra ölkələrdə vəziyyəti nəzarətdə davam etdirir. Əvvəlcədən verilən məlumatlara əsasən, ciddi ziyan dəymədi. Biz yardım lazım gələrsə, istənilən cavab səylərini dəstəkləməyə hazırıq", - o deyib.

Xatırladaq ki, Kamçatkada bir gün ərzində ardıcıl 4 zəlzələ baş verib.

Aysel Şirinova