Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
"Tvit.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Bundan başqa, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev də vəzifəsindən azad edilib. Digər əmrlə, N.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.