Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İstanbulda İran və Avropa arasında nüvə danışıqları başlayıb
dünya

İstanbulda İran və Avropa arasında nüvə danışıqları başlayıb

25-07-2025 16:00 42 Просмотров
IMG

Bu gün səhər saatlarında İstanbulda İranla Avropa üçlüyü (Almaniya, Fransa və Britaniya) ölkələri arasında danışıqlar başlayıb. 


Tvit.az “Tasnim News”a istinadən xəbər verir ki, görüş İran və Avropa ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir.


İran nümayəndə heyətinə ölkənin xarici işlər nazirinin müavinləri Məcid Təxt Rəvançi və Kazım Qəribabadi başçılıq edir. 


Avropa diplomatik heyəti isə səhər saatlarında İranın İstanbuldakı konsulluğuna daxil olaraq məsləhətləşmələrə start verib. 


Elmin Alışov