İlon Maskın Starlink şirkəti dünyada minlərlə istifadəçinin saatlarla internetsiz qalmasına səbəb olan fasiləyə görə üzr istəyib.
Tvit.az xəbər verir ki, şirkət bu barədə X sosial media hesabında açıqlama verib.
“Şəbəkə problemi həll edildi və Starlink xidməti bərpa edildi. Biz əlaqənin vacibliyini bilirik və narahatlığa görə üzr istəyirik”,- deyə məlumatda deyilir.
Elmin Alışov