İstanbulda keçirilən Rusiya–Ukrayna danışıqlarının əsas məqsədi Ukraynada münaqişəyə son qoymaqdır.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Danışıqların son məqsədi atəşkəsin əldə olunmasıdır ki, bu da sülhə yol açacaq”, — deyə o, vurğulayıb.
Xatırladaq ki, İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar başlayıb.
Aysel Şirinova