İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin gələn həftə ABŞ və Çin arasında davam edən ticarət danışıqlarının üçüncü raunduna ev sahibliyi edəcəyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Kristersson sosial mediada bildirib.
“Danışıqlar ilk növbədə ABŞ və Çin arasındakı münasibətlərə aiddir, lakin onlar həm də qlobal ticarət və iqtisadiyyata əhəmiyyətli təsir göstərir. Mən ABŞ-ın Çin təmsilçisi ilə görüşməsini səbirsizliklə gözləyirəm",- deyə Baş nazir qeyd edib.
Elmin Alışov