Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Növbəti üç gündə bu ərazilərdə leysan yağacaq - Xəbərdarlıq
sosial

Növbəti üç gündə bu ərazilərdə leysan yağacaq - Xəbərdarlıq

23-07-2025 19:00 31 Просмотров
IMG

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.