Bolqarıstan hökuməti Türkiyə vətəndaşları üçün viza tələblərini yüngülləşdirib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın turizm naziri Miroslav Borşoş deyib.
“15 iyul tarixindən etibarən Türkiyə vətəndaşlarına turist vizalarının verilməsi ilə bağlı yeni tənzimləmənin tətbiq olunduğunu elan etməkdən məmnunam”,- deyə nazir bildirib.
Elmin Alışov