Sumqayıtda çimərlikdə faciəvi hadisə baş verib.
Tvit.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Azər Məcidov dənizdə çimərkən epileptik tutma nəticəsində huşunu itirib.
Azyaşlı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.