Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
sosial

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

21-07-2025 16:00 37 Просмотров
IMG

İyul ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb, sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa çalışan “Hyundai” markalı 77-RA-376 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi yerli əhalinin köməyilə saxlanılıb və avtomobilə baxış zamanı ümumi çəkisi 12 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

İlkin dindirmədə saxlanılan şəxslərin Bakı şəhər sakini – 1998-ci il təvəllüdlü Şahtaxtinski Aqşin İlqar oğlu və Füzuli rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Rinad Ələddin oğlu olması müəyyənləşdirilib, onlar törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiklərini bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.