Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır
sosial

Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır

18-07-2025 22:00 29 Просмотров
IMG

Biləsuvar rayonunda vətəndaşların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə genişmiqyaslı təhlükəsizlik tədbirlərinə start verilib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində rayon ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb. Quraşdırılacaq kameralar həm şəhər mərkəzini, həm də rayonun ətraf ərazilərini əhatə etməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin vaxtında aşkarlanmasına, operativ müdaxilə imkanlarının artırılmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

 

Eyni zamanda, sürücü intizamının artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayon ərazisində quraşdırılacaq 12 ədəd radar cihazı əsasən yüksək intensivlikli yol sahələrində, qəza riskinin yüksək olduğu ərazilərdə və tez-tez sürət həddinin aşılması halları qeydə alınan istiqamətlərdə yerləşdiriləcək. Avtomatik rejimdə fəaliyyət göstərəcək bu sistem vasitəsilə qayda pozuntularının aşkarlanması daha operativ və şəffaf şəkildə həyata keçiriləcək, sürücülərin məsuliyyət hissi artacaq və nəticə etibarilə yol hərəkəti daha təhlükəsiz olacaqdır.

 

Görülən bu tədbirlər Biləsuvar rayonunda müasir texnologiyaların tətbiqi ilə ictimai təhlükəsizliyin gücləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

 

Layihənin mərhələli şəkildə icrası nəticəsində gələcəkdə rayon ərazisində baş verəcək cinayət hallarının və yol-nəqliyyat hadisələrinin azalmasına da təsir edəcəkdir.