Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
sosial

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

18-07-2025 21:00 28 Просмотров
IMG

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:

 

“Hörmətli cənab Prezident,

 

Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

 

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!”