Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyon manata yaxın ziyan vurulub
sosial

Bakıda dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyon manata yaxın ziyan vurulub

17-07-2025 16:00 43 Просмотров
IMG

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9 milyon 934 min 994 manat 14 qəpik məbləğində ziyan olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, həmin maddi ziyanın 5 milyon 279 min 487 manat ,65 qəpiyi və ya 53,1 %-nin ödənilməsi təmin edilib.