Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ NATO ilə razılaşma çərçivəsində Kiyevə 10 milyard dollar dəyərində silah tədarük edəcək - KİV
dünya

ABŞ NATO ilə razılaşma çərçivəsində Kiyevə 10 milyard dollar dəyərində silah tədarük edəcək - KİV

14-07-2025 22:00 40 Просмотров
IMG

ABŞ NATO ilə yeni saziş çərçivəsində alyansın müttəfiqləri Kiyev üçün ümumilikdə təxminən 10 milyard dollar dəyərində Amerika silahları alacaqlarını ehtimal edir.

Tvit.az xəbər verir ki, bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat verib.

"İlk mərhələdə ABŞ NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacaq. Nəticə etibarilə, Ukrayna üçün nəzərdə tutulmuş tədarük siyahısına raketlər, hava hücumundan müdafiə vasitələri və artilleriya mərmiləri daxil olacaq", – deyə məqalədə qeyd olunur.

 Bildirilib ki, bu cür sazişlər çərçivəsində Kiyevə həmçinin uzaqmənzilli raketlər də veriləcək.

Aysel Şirinova