Rusiya xarici işlər nazirliyi Polşanın Kalininqraddakı Baş Konsulluğunun bağlanmasına qərar verdiyini açıqlayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazirlikdən verilən açıqlamada Polşanın may ayında Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarı aldığı xatırladılıb.
Bəyanatda bunun düşməncəsinə addım olduğu vurğulanıb.
Elmin Alışov