Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Abşeronda 17 ədəd F-1 qumbarası aşkarlandı - VİDEO
sosial

Abşeronda 17 ədəd F-1 qumbarası aşkarlandı - VİDEO

11-07-2025 11:00 25 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

"Tvit.az" xəbər verir ki, əlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 17 ədəd F-1 əl qumbarası, 16 ədəd UZRQM partladıcısı, 1 ədəd UBR-M75P1 partladıcısı, 85 ədəd 7,62 mm-lik, 44 ədəd 5,45 mm-lik və 13 ədəd 9,18 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatı və 2 ədəd sandıqcası, 1 ədəd AKSU avtomatı, 2 ədəd Makarov tipli tapança və 2 ədəd sandıqcası, 1 ədəd süngü bıçağı olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.