Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya hücuma keçdi: Ukrayna səmasını yenidən İran dronları bürüdü
dünya

Rusiya hücuma keçdi: Ukrayna səmasını yenidən İran dronları bürüdü

10-07-2025 15:00 35 Просмотров
IMG

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirib. 


Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələri açıqlama yayıb.


Hücumlarda ümumilikdə 415 ədəd raket və İran istehsalı “Shahed” PUA istifadə olunub. Bunlardan 164 ədədi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Eyni zamanda, 8 “İsgəndər-M” və 6 ədəd X-101 tipli raket də Ukraynanın elektron müdafiə sistemləri vasitəsilə vurulub.


Elmin Alışov