Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gəncədən Moskvaya uçmalı olan aviareys təxirə salındı
sosial

Gəncədən Moskvaya uçmalı olan aviareys təxirə salındı

09-07-2025 21:00 41 Просмотров
IMG

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Teleqraf-a sərnişinlərdən biri məlumat verib.

 

Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.

 

İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.

 

İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.