Bəzi qonşu ölkələrin İsrailin hücumlarını dəstəkləməsi ilə bağlı yayılan xəbərlər İranın təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
“Bəzi şayiələrin əksinə olaraq, ölkənin təhlükəsizlik qurumları qonşularla sionist rejim arasında hər hansı hərbi əməkdaşlıq əlamətini təsdiqləməyib”,- deyə İran lideri qeyd edib.
Elmin Alışov