Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Lavrova çox da fikir verməyək" - NATO baş katibi
dünya

"Lavrova çox da fikir verməyək" - NATO baş katibi

02-07-2025 23:00 24 Просмотров
IMG

NATO-nun baş katibi Mark Rutte ittifaqın mümkün dağılması ilə bağlı son şərhlərindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovu tənqid edib.

Tvit.az xəbər verir ki, bunu "Fox News" telekanalının efirində Rutte deyib.

"Lavrov - o, Rusiyanın xarici işlər naziridir, görünür, İsa Məsihin anadan olmasından bəri? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmadı. Odur ki, cənab Lavrova çox diqqət yetirməyək", - təşkilatın baş katibi deyib.

Aysel Şirinova