İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, müharibəyə son qoymağın yeganə yolu İsrailin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır.
Tvit.az xəbər verir ki, Pezeşkian bu barədə sosial mediasında bildirib.
“Biz həmişə sülh və əmin-amanlığın tərəfdarı olmuşuq. Lakin indiki vəziyyətdə tətbiq edilən müharibəni dayandırmağın yeganə yolu düşmənin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır”,- deyə İran prezidenti vurğulayıb.
Elmin Alışov