Rusiya İsrail hökumətini rusiyalı mütəxəssislərin çalışdığı Buşəhr Atom Elektrik Stansiyasının təhlükəsizliyindən narahat olduqlarını bildirərək, İrandakı nüvə obyektlərinə hücumları dərhal dayandırmağa çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz İsrail hökumətini İranın nüvə obyektlərinə hücumlarını dərhal dayandırmağa çağırırıq. Rusiyalı mütəxəssislərin işlədiyi Buşehr elektrik stansiyasının təhlükəsizliyindən narahatıq”,- deyə sözçü bildirib.
Elmin Alışov