Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya BRİKS qlobal iqtisadiyyatın 40%-ni təşkil edir
dünya

BRİKS qlobal iqtisadiyyatın 40%-ni təşkil edir

18-06-2025 22:00 16 Просмотров
IMG

BRİKS qlobal iqtisadiyyatın 40%-ni təşkil edir.

Tvit.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Tailand hökumətinin ticarət nümayəndəsi Umeş Pandey bildirib.

"BRİKS — alıcılıq qabiliyyəti pariteti baxımından qlobal iqtisadiyyatın 40%-ni təşkil edir, gələn il isə bu göstərici artıq 41% olacaq", — deyə o, bildirib.

Pandey həmçinin bildirib ki, BRİKS ölkələri Yer kürəsi əhalisinin 40%-ni təşkil edir.

Xatırladaq ki, sonuncu dəfə Vyetnam da BRİKS-ə tərəfdaş ölkə qismində qoşulub.

Aysel Şirinova