Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp İsrailin baş naziri vəzifəsini həyata keçirməyə qadirdir - Uitkoff
dünya

Tramp İsrailin baş naziri vəzifəsini həyata keçirməyə qadirdir - Uitkoff

12-06-2025 14:00 41 Просмотров
IMG

 Tramp həm Amerika lideri, həm də İsrailin baş naziri vəzifələrini eyni zamanda yerinə yetirə biləcək bir şəxsdir.

Tvit.az xəbər verir ki, bu barədə The Times of Israel yazıb.

Məlumata əsasən, İsrailin könüllü təşkilatı United Hatzalahın tədbirində çıxış edən Uitkoff Trampı yəhudi xalqının dostu adlandırıb.

“Baş nazir Netanyahunun ünvanına heç bir hörmətsizlik yoxdur – bu gün əslində onunla danışmışam – amma düşünürəm ki, prezident Tramp həm fəaliyyətdə olan ABŞ prezidenti, həm də eyni zamanda İsrailin baş naziri ola biləcək ilk şəxsdir”, – deyə o bildirib.

Bu sözlər zalda alqışlarla qarşılanıb.

Aysel Şirinova