Moskva və Daşkənd 2030-cu ilə qədər Rusiyanın Özbəkistana ixracını 17,9 milyard dollara, Özbəkistanın Rusiyaya ixracını isə 11,8 milyard dollara çatdırmağı planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə danışıqları iki ölkənin iqtisadiyyat nazirləri Daşkənt Beynəlxalq İnvestisiya Forumu çərçivəsində işçi qrupunun iclasında səsləndiriblər.
Tərəflər enerji, farmasevtika, nəqliyyat, logistika və sənaye sahələrini prioritet istiqamətlər kimi müəyyən ediblər.
Həmçinin, ticarətin artmasına mane olan problemlər də müzakirə olunub.
Aysel Şirinova