ABŞ prezidenti Donald Tramp dünən baş nazir Benyamin Netanyahuya deyib ki, onun İrana hücumla hədələmələri kömək etmir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, dünən Trampa 40 dəqiqəlik telefon danışığı zamanı Netanyahu deyib ki, İranla danışıqlar nəticəsiz qalıb. O, iddia edib ki, İran ABŞ-la oynayır və onun etməyə çalışdığı yeganə şey danışıqları uzatmaqdır.
Tramp İranla razılaşma üzərində işləyərkən Netanyahunun İrana hücumla bağlı açıqlamalarının heç bir faydası olmadığını bildirib.