NATO, Ukraynaya maliyyə yardımını üzv ölkələrin müdafiə xərcləri üçün müəyyən ediləcək yeni hədəf göstəricisinə (ÜDM-in 5%-i) daxil edə bilər.
Tvit.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi iyunun sonunda Haaqada keçiriləcək alyans sammitinin yekun bəyanatının layihəsinə istinadla məlumat verib.
Sənəddə əsas diqqət, gözlənildiyinə görə sammitdə təsdiqlənəcək 5% ÜDM həddinə çatma yollarına yönəlib.
Bu məqsədlə müdafiə məhsulları ticarətindəki maneələrin aradan qaldırılması təklif olunur. Agentlik diqqətə çatdırıb ki, layihə sənəddə Ukraynanın NATO-ya üzvlük perspektivləri və Çinin Rusiya ilə sıx əməkdaşlığına görə qınanması barədə heç bir qeyd yoxdur. Sənəd kifayət qədər lakonik hazırlanıb. Bu, ABŞ prezidenti Donald Trampla ictimai qarşıdurmalardan qaçmaq məqsədilə edilib.