İsfahan əyalətinin Nətənz şəhərinin Xalidabad bölgəsində yerləşən polad zavodunda partlayış olub.
Tvit.az "Azad İran"a istinadən xəbər verir ki, hadisəyə səbəb qaz sızmasıdır.
Nətənz Fövqəladə Hallar Xidməti rəhbərinin açıqlamasına görə, insident zamanı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.