Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İranda zavodda partlayış: Ölən və yaralananlar var
sosial

İranda zavodda partlayış: Ölən və yaralananlar var

09-06-2025 22:00 17 Baxış
IMG

İsfahan əyalətinin Nətənz şəhərinin Xalidabad bölgəsində yerləşən polad zavodunda partlayış olub.

 

Tvit.az "Azad İran"a istinadən xəbər verir ki, hadisəyə səbəb qaz sızmasıdır.

 

Nətənz Fövqəladə Hallar Xidməti rəhbərinin açıqlamasına görə, insident zamanı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.