Güclü maqnit qasırğası Yer kürəsini vurub.
Tvit.az xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında xəbərdarlıq edib.
Alimlər 51 faiz ehtimalla uzunmüddətli, lakin zəif geomaqnit pozuntularını proqnozlaşdırsalar da sonradan günəş küləyinin sürəti kəskin şəkildə artaraq saniyədə 650 kilometr həddini keçib. Nəticədə, cümə axşamı planeti G3 sinfinə aid maqnit qasırğası bürüyüb.
Məlumata görə, maqnitosferdə bu cür pozuntular uzun sürməyəcək.
Elmin Alışov