Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi ilə bağlı hələlik heç bir anlaşma yoxdur.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Danışıqlar prosesinin davam etdirilməsi və keçirilmə yeri ilə bağlı hələ də anlaşılmazlıq yoxdur. Ona görə də bu barədə danışmaq tezdir”,- deyə Peskov qeyd edib.
Elmin Alışov