Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Hyundai 300 minə yaxın avtomobili geri çağırır - SƏBƏB
ДРУГОЕ

Hyundai 300 minə yaxın avtomobili geri çağırır - SƏBƏB

14-04-2026 22:00 24 Просмотров
IMG

Cənubi Koreya avtomobil nəhəngi Hyundai təhlükəsizlik kəmərlərində aşkarlanan texniki nasazlıq səbəbindən 294 min 128 nəqliyyat vasitəsini geri çağırdığını elan edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, geriçağırılma prosesi 2023-2026-cı illər arasında istehsal olunmuş Genesis G90, 2023-2025-ci illəri əhatə edən Ioniq 6 və 2024-2026-cı il model Hyundai Santa Fe avtomobillərinə şamil edilir.

 

Məlumata görə, ön təhlükəsizlik kəmərlərinin oturacaqlara bərkidilmə mexanizmində zədələnmə ehtimalı var. Bu qüsur kəmərlərin etibarlı şəkildə bağlanmamasına və qəza zamanı sürücü ilə sərnişin üçün ciddi təhlükə yaratmasına yol aça bilər.

 

Aysel Şirinova