Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Liverpul" "Bornmut"un müdafiəçisi Markos Senesini transfer etmək niyyətindədir
СПОРТ

"Liverpul" "Bornmut"un müdafiəçisi Markos Senesini transfer etmək niyyətindədir

16-04-2026 15:00 31 Просмотров
IMG

İngiltərənin "Liverpul" klubu "Bornmut"un müdafiəçisi Markos Senesini transfer etmək niyyətindədir.

 

Tvit.az-ın "iNews"ə istinadən məlumatına görə, 28 yaşlı argentinalı futbolçu komandadan gedəcəyi deyilən Vircil van Deykin əvəzləyicisi kimi nəzərdən keçirilir.


M.Senesi 2025/2026 mövsümündə Premyer Liqada "Bornmut"un heyətində keçirdiyi 32 matçın 31-də start heyətində meydana çıxıb. O, ümumilikdə iştirak etdiyi 33 qarşılaşmada 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, təcrübəli müdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatır. "Transfermarkt" portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.